AZ

İsrail Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib

BAKI, TurkicWorld , Nərmin Ağayeva

İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər ölüb

TurkicWorld xəbər verir ki, İsrail bazar günü Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Hücumlarda 6 nəfərin öldüyü, 86 nəfərin yaralandığı bildirilir.

Husilərin idarə etdiyi Əl-Məsirə televiziyasının məlumatına görə, Husi hökumətinə bağlı Yəmənin Səhiyyə Nazirliyi dünənki hücumlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada, “Düşmən İsrail təyyarələrinin Sənaya hücumları nəticəsində ölən şəhidlərin sayı 6-ya, yaralıların sayı isə 86-ya yüksəlib.“ - deyə bildirilib.

Husi hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Anis əl-Əsbahi dünən gecə İsrailin hava hücumları nəticəsində 4 nəfərin öldüyünü, 67 nəfərin yaralandığını açıqlayıb.

İsrail ordusu isə , Sənada Prezident Sarayının yerləşdiyi hərbi iqamətgahın, iki elektrik stansiyasının və yanacaq anbarının vurulduğunu açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Eyal Zamir Yəmənə endirilən hava zərbələrini Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzindən izləyib.

Qeyd edək ki, sonrakı bəyanatında Netanyahu Yəmənə hava hücumlarını davam etdirəcəyi ilə hədələyib.

Seçilən
19
turkic.world

1Mənbələr