Bu gün səhər tezdən Rusiyanın Kursk vilayəti qubernatorunun müavini vəzifəsini icra edən Vladimir Bazarov saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-nə regionun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn bildirib.
"Onun oxşar vəzifədə çalışdığı (qubernatorun tikinti üzrə müavini) Belqorod vilayətində əvvəlki iş yeri ilə bağlı istintaq hərəkətləri aparılır. İlkin iş müdafiə tikililərinin inşaatına aiddir.
Mən heç bir qiymət verməyəcəyəm və verə bilmərəm, çünki Belqoroddakı vəziyyəti bilmirəm. Əminəm ki, istintaq obyektiv şəkildə hər şeyi yoluna qoyacaq. Əgər günahkardırsa, o zaman qanun çərçivəsində tam cavab verəcək. Kursk vilayətinin hökuməti lazım gələrsə, istintaqa bütün lazımi yardımı göstərəcək.
Heç bir əvvəlki ləyaqət indulgensiya rolunu oynaya bilməz və etməyəcək!”, - Xinşteyn qeyd edib.