AZ

Almaniyanın vitse kanslerinin ardınca Norveçin də Baş naziri elan olunmamış səfərlə Kiyevə gedib

Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.

Norveçin Baş naziri Yonas Qar Stere elan olunmamış səfərlə Kiyevə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak teleqram kanalında məlumat yayıb.

O, Y.Sterenin Kiyevə gəlişinin kadrlarını paylaşıb.

"Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Norveçin Baş naziri Yonas Qar Stereni qarşıladıq", - A.Yermak yazıb.

O qeyd edib ki, Norveç həmişə Ukrayna xalqını dəstəkləyir.

Xatırladaq ki, avqustun 25-də Almaniyanın maliyyə naziri, vitse-kansleri Lars Klinqbayl da Kiyevə səfər edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
operativmm.az

4Mənbələr