AZ

Britaniya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə - Stiven Douti

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Douti Vaşinqtonda əldə olunmuş tarixi nəticələr münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Missiya.Az xəbər verir ki, britaniyalı nazir bu fikri avqustun 25-də Prezident İlham Əliyevin qəbulunda olarkən səsləndirib.

S.Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.

Qonaq həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.

Seçilən
12
3
missiya.az

3Mənbələr