AZ

QHT sədri: “Fermerlər birləşməli, yeni bazarlar tapmalıdırlar”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Xaçmaz bölgəsində fermerlərlə görüşüb.

QHT.az xəbər verir ki, o bildirib ki, bölgədə fəaliyyət göstərən fermerlər əsasən pomidor məhsullarının sahələrdə xarab olması, bazarlara çıxarılmaması və nəticədə atılması ilə bağlı narahatlıqlarını dilə gətiriblər:

"Hər kəs də dövvlətdən dəstək umur çıxış yolu haqqında fikirlərimi öyrənmək istəyirlər. Bu haqda dəfələrlə fikirlərimi bölüşmüşəm. Fermerlərimiz birləşməli, fəaliyyət istiqamətlərinə uyğun assosiasiyalar yaratmalıdırlar. Yeni satış kanallarına, bazarlarına çıxış haqqında səylərini birləşdirməli,internetin yaratdığı imkanlar haqqında düşünməlidirlər. Pomidor ixracatında Rusiya bazarından başqa bazarlar axtarılmalı, yeni innovativ və texnologiyalar tətbiq etməli pomidoru yalnız məhsul formasında deyil, digər formalarda da satışı haqqında ciddi düşünməlidirlər. Əks halda bir bazardan asıllıq böyük problemlər yarada bilər. Paylaşdığım video bu istiqamətdə sadə üsulla bir ideya kimi istifadə oluna bilər. Təəsüf ki ana dilimizdə paylaşmaq mümkün olmadı. Amma məğzi izləyənlərə aydın olacaq."

Ekspertin fikrincə, fermerlərin birgə fəaliyyəti və bazarların şaxələndirilməsi kənd təsərrüfatında davamlı inkişafın təmin olunmasına mühüm töhfə verə bilər.

 

Pərvanə Fərhadqızı

Seçilən
1
qht.az

1Mənbələr