AZ

Ukrayna ordusu Novomixaylovkanı azad etdi

Ukrayna

Ukrayna qüvvələri Donetsk vilayətində yerləşən Novomixaylovka üzərində nəzarəti bərpa ediblər. Bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) yayıb. Rəsmi açıqlamada vurğulanıb: “Novomixaylovka Ukrayna qüvvələrinin nəzarəti altındadır!”Məlumata görə, uğurlu hücum əməliyyatı GUR-un Aktiv Hərəkətlər Departamenti, xüsusən də “Artan” bölməsi və 3-cü hücum briqadasının 2-ci batalyonu tərəfindən həyata keçirilib. Ukrayna bölmələri rus qüvvələrini kənddən çıxararaq mövqelərini möhkəmləndiriblər. Radioməlumatlara əsasən, əməliyyat rus qoşunları üçün gözlənilməz olub. Onlar təxminən bir rota canlı qüvvə itirib və digər cəbhə sahələrindən ehtiyat qüvvə çəkməyə məcbur olublar. Kəşfiyyat, hücumçular, ağır texnika və dronların koordinasiyalı fəaliyyəti nəticəsində Ukrayna ordusu taktiki vəziyyətini yaxşılaşdırıb və müdafiəni gücləndirib.Hazırda Novomixaylovka tamamilə Ukrayna ordusunun nəzarətindədir.Ulusum.az

Diqqət Çəkənlər

Trampın əlindəki göyərmə yenə diqqət çəkdi

Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO

Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ

Seçilən
0
ulusum.az

1Mənbələr