AZ

"Netflix"in məşhur serialının çəkilişləri zamanı ölüm hadisəsi

"Netflix"in məşhur “Emily in Paris” serialının çəkilişləri zamanı faciəvi hadisə baş verib.

Kulis.az xəbər verir ki, serialın köməkçi rejissorlarından olan Dieqo Borella, Venesiyada çəkiliş meydanında qəfil ürək tutmasından dünyasını dəyişib.

47 yaşlı italyan rejissor cümə axşamı "Hotel Danieli"də hazırlıq zamanı yerə yıxılıb və həyatını itirib.

Hadisə ilə əlaqədar çəkilişlər müvəqqəti dayandırılıb, lakin sonradan davam etdirilib.

Serialın 5-ci mövsüm çəkilişləri Romada başlayaraq Paris və Venesiyada davam etmişdi.

Qeyd edək ki, Borellanın itkisi kino dünyasında dərin kədər doğurub.

Seçilən
22
kulis.az

1Mənbələr