AZ

Rusiyadan Azərbaycan vasitəsilə İrana qaz nəqlinə tezliklə başlanıiacaq Səfir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya qazının Azərbaycan vasitəsilə İrana tədarük edilməsinə tezliklə başlamalıdır.

Bizimyol.info xəbər verir ki, bunu rus mətbuatına müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

“Ümid edirik ki, bu, tezliklə baş tutacaq. Hazırda biz “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Bu məsələ də həll olunarsa, o zaman hər şey işə düşəcək”, - deyə Cəlali bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti MIR kartı ilə ödənişlərin təkcə paytaxtda deyil, bütün ölkə ərazisində əlçatan olmasına çalışır. İşlərin 2025-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bundan əvvəl Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib ki, Rusiya qazının mövcud infrastruktur vasitəsilə İrana ilk tədarükü hələ 2025-ci ildə başlaya bilər və onların həcmi ildə 1,8 milyard kubmetr təşkil edəcək.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
bizimyol.info

1Mənbələr