AZ

600 dən çox bal toplayanlar kənarda qalırsa, qəbul sistemi ədalətsizdir

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“600 baldan çox istənilən keçid balı sünidir. Xüsusən 670, 680 keçid balları Azərbaycanda qəbul sisteminin çox ciddi problemləri olduğunu xəbər verir”.  

Ölkə.Az xəbər verir ki, bu fikirləri jurnalist, "AzNews.az" portalının baş redaktoru Taleh Şahsuvarlı qeyd edib. Onun fikrincə, bu ballar təhsil sistemi üçün ciddi risklər yaradır:

“600-dən çox bal toplayan istənilən məzun heç bir əlavə müsabiqə olmadan istədiyi ali məktəbin istədiyi ixtisasında təhsil ala bilməlidir. 

İkincisi, mərkəzi yerləşdirmə sistemi mövcud olan bütün təcrübələrdə sıralama paradoksu üzə çıxır. Bu, qaçılmazdır. Çünki yerləşdirmə üçün ya sıra baldan, ya da bal sıradan üstün götürülməlidir. Bizdə yerləşdirmə üçün bal sıradan, ballar eyni olanda sıra baldan üstün götürülür. Bu da sıralama paradoksu yaradır. Sıralama paradoksunun ən tipik nümunəsi 600-dən çox bal toplayan təxminən 10 məzunun qəbuldan kənarda qalmasıdır. Əgər 600-dən çox bal toplayanlar qəbuldan kənarda qalırsa, demək, qəbul sistemi ədalətsizdir. Ədalətli sistemdə məzun çox sayda universitetə  qəbul olunmalı, sonda birini seçməlidir. Deməli, təhsil sayəsində hegemon quruma çevrilmiş Dövlət İmtahan Mərkəzi ilə bağlı təcili islahat aparılmalıdır. Ali təhsilin hər üç pilləsi üçün DİM ciddi problemlər yaradır və ən pisi isə budur ki, prosesə öz neqativ təsirlərini ya görmür, ya da görmək istəmir”, - deyə o əlavə edib.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
olke.az

2Mənbələr