ABŞ İraqdakı Ayn əl-Əsəd və Viktoriya bazalarından qoşunlarını çıxarmağa başlayıb və bu prosesi sürətləndirmək niyyətindədir.
“ABŞ rəsmiləri iraqlı həmkarlarına geri çəkilmə prosesini sürətləndirəcəkləri və ikitərəfli çərçivə sazişində göstərilən cədvələ əməl etməyəcəkləri barədə məlumat veriblər”, – mənbə Sky News Arabia-ya bildirib.
Mənbənin sözlərinə görə, “Ərbildəki hərbi bazaya və qonşu ərəb ölkəsinə köçürülmə başlayır”.
Ötən il sentyabrın 6-da “Reuters” xəbər vermişdi ki, ABŞ və İraq koalisiya qüvvələrinin bir hissəsini İraqdan 2025-ci ilin dekabrına, qalanlarını isə 2026-cı ilin sonuna qədər çıxarmaq barədə razılığa gəliblər.