AZ

Xamenei Avropada İrana Şah təyin olunması planından danışdı

Missiya.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın ali dini lideri Ayətullah Xamenei İrana qarşı sionist rejimin təcavüzünün başlanmasının ertəsi gün Avropa paytaxtlarından birində İslam Respublikasındakı siyasi sistemə “əvəz”in müəyyən edilməsi məqsədi ilə baş tutan görüşündən danışıb.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Xameneinin açıqlamasını “Pars Today” yayıb.

“İranda İslam Respublikasındakı rejimi əvəz edəcək şəxs axtarmaq üçün toplaşan bu axmaqlar dəstəsi arasında bir iranlı da var idi”, -o qeyd edib.

Onun sözlərinə görə, iyunun 13-də İrana hücum edilib və ertəsi gün “ABŞ-nin bir qrup qulduru Avropa paytaxtlarından birinə toplaşaraq İslam Respublikasının dəyişdirilməsi məsələsini müzakirə etməyə başlayıb”.

"Onlar müzakirə ediblər: "İslam Respublikasından sonra İran necə idarə olunacaq, kimi şah təyin ediləcəklər.... Hətta "şah taxtına" konkret adam təyin edibər. İranı belə təsəvvür edirdilər".

Dini lider qeyd edib ki, son hücumun sistemlə xalq arasında uçurum salacağı düşünülüb: 

"Sistemin zəifləyəcəyini, alçaq və pis planlarını həyata keçirə biləcəklərini düşünürdülər. İran xalqı dəyanət nümayiş etdirərək, silahlı qüvvələrlə, hökumətlə, sistemlə birlikdə bütün bunlara sarsıdıcı zərbə vurdu”, - Xamenei əlavə edib.

ElcanMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
missiya.az

2Mənbələr