AZ

Kiyev və Vilnüs birgə silahlar istehsal edəcək

Kiyev və Vilnüs hər iki ölkənin təhlükəsizliyini gücləndirmək üçün birgə müdafiə məhsulları istehsal edəcək.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal Telegram səhifəsində bəyan edib.

Bu fəaliyyət zamanı uzaq mənzilli dronların yaradılmasına və birgə istehsalın başlanmasına xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, müvafiq niyyət məktubu Kiyevdə Litvanın milli müdafiə naziri Dovile Şakalie ilə birlikdə imzalanıb.

Xəbər 32 dəfə oxunub.
Seçilən
41
xezernews.az

1Mənbələr