AZ

Azərbaycan millisinin üzvü 90 dəqiqə oynadı, 5 qol gördü

Cənubi Koreya çempionatında 27-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" səfərdə “Anyanq"la qarşılaşıb. 

Görüş meydan sahiblərinin 2:3 hesablı yenilgisi ilə yekunlaşıb. Matça start "11-lik"də başlayan 26 yaşlı Anton sona qədər mübarizə aparıb.

Qeyd edək ki, hazırda 42 xalı olan "Daejeon" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Seçilən
19
fanat.az

1Mənbələr