AZ

İki gündə 66 nəfər saxlanılıb, 64 cinayətin üstü açılıb — DİN

Avqustun 23-ü və 24-ü ərzində Azərbaycan ərazisində 64 yeni, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 35-i borclu şəxs qismində axtarışda olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 16, odlu silah-sursatın qanunsuz saxlanması ilə bağlı da 16 hüquqpozmaya dair fakt aşkarlanıb.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Bundan əlavə, ailəsinin razılığı olmadan yaşayış yerini tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 12 nəfər tapılıb. Dələduzluq ittihamı ilə axtarışda olan 6 nəfər də saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Gülnar 

Seçilən
0
1
anews.az

2Mənbələr