AZ

ABŞ ilə Fransa arasında qalmaqal yaşanır

AzVision.az xəbər verir ki, bu barədə Fransa XİN-in yaydığı kommünikedə bildirilir.

“Fransa ABŞ səfiri Çarlz Kuşnerin bəyanatları ilə tanış olub. O, respublika prezidenti Emmanuel Makrona yazdığı məktubda Fransada antisemitizm aktlarının artması ilə bağlı narahatlığını və Fransa hakimiyyətinin onları yatırtmaq üçün kifayət qədər fəaliyyət göstərmədiyini ifadə edib. Fransa hökuməti bu ittihamları qətiyyətlə rədd edir”,- bəyanatda deyilir.

Fransa XİN Kuşnerin açıqlamalarını qəbuledilməz adlandırıb və onlarınbeynəlxalq hüquq normalarına, xüsusən də Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında təsbit edilmiş “dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyi”nə zidd olduğunu vurğulayıb.

Bundan əvvəl, Fransanın “Le Monde” qəzeti ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşnerin bu ölkədəki açıq-aşkar antisemitizmin genişlənməsi və güclənməsi barədə prezident Emmanuel Makrona məktub ünvünladığını yazmışdı.

- İsrailə qarşı açıq bəyanatlar və Fələstin dövlətini tanımaq jestləri ekstremistləri cəsarətləndirir, zorakılığı artırır və Fransada yəhudilərin həyatını təhlükəyə atır. Fransada elə bir gün keçmir ki, yəhudilər küçələrdə hücuma məruz qalmasınlar, sinaqoqlar və yəhudilərə məxsus bizneslər dağıdılmasın”, - məktubda vurğulanır.

Amerikalı səfir nifrət cinayəti ilə bağlı qanunların icrasına, yəhudi məktəblərinin, sinaqoqlarının və bizneslərinin təhlükəsizliyini təmin etməyə, HƏMAS-ın və onun müttəfiqlərinin əməllərini “qanuniləşdirən” hərəkətlərdən çəkinməyə çağırıb.

Xatırladaq ki, yəhudi əsilli Çarlz Kuşerin oğlu Cared Kuşner ABŞ prezidenti Donald Trampın qızı İvankanın əridir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
12
2
azvision.az

3Mənbələr