AZ

"Sədərək" ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib

"Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğın hadisəsində ümumilikdə, 13 kişi təcili tibbi yardım briqadasına müraciət edib.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

Üç təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.

 

Müraicəti qeydə alınan şəxslərdən 3-ü ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Tarix: 25 Avqust 2025, 10:46   
Seçilən
17
34
pravda.az

10Mənbələr