AZ

“Sədərək” ticarət mərkəzində yanğında 13 nəfər tüstüdən zəhərlənib

Avqustun 24-də Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş verən yanğın nəticəsində 13 nəfər tibbi yardıma ehtiyac duyub, onlardan 3-ü hospitalizasiya edilib. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat verib.

Hadisə yerinə üç təcili tibbi yardım briqadası cəlb olunub. Zərərçəkənlərdən üç nəfərə tüstüdən zəhərlənmə diaqnozu qoyulub və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Tibbi müdaxilədən sonra onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Qalan 10 nəfərə yerində tibbi yardım göstərilib, hospitalizasiya tələb olunmayıb.

Bir gün öncə  Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində  başlayan yanğın məhdudlaşdırılıb, lakin tüstülənmə ocaqlarının söndürülməsi davam edir. 

Fövqəlada Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın mərkəzin icarəyə verdiyi anbarda başlayıb. Hadisə yerinə onlarla texnika və təxminən 140 nəfərlik heyət cəlb olunub. Yaxınlıqdakı obyektlər, o cümlədən yanacaqdoldurma məntəqəsi qorunub.

Gülnar 

Seçilən
1
anews.az

1Mənbələr