ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkətinin təyyarəsi mühərrik nasazlığı səbəbindən Türkiyənin Trabzon hava limanına məcburi eniş edib.
Doğru.az xəbər verir ki, CNN Türk-ün məlumatına görə, Trabzondan Ciddəyə uçan təyyarə havaya qalxdıqdan 8 dəqiqə sonra fövqəladə vəziyyət barədə məlumat verib.
“Təyyarə təlimata uyğun olaraq 11-ci uçuş-enmə zolağına yönəldilib və saat 20:18-də insidentsiz təcili eniş edib”, – nəşr bildirir.
Təyyarə Airbus 320 modelidir və göyərtəsində 169 sərnişin və səkkiz ekipaj üzvü olub.
Xatırladaq ki, iyulun sonunda Embraer 190 sərnişini qəza siqnalı göndərərək Mahaçqalaya eniş etmişdi.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.