AZ

“Sədərək”də anbarı yanaraq kül olan “Supertoys” mağazalar şəbəkəsi borc içində “üzür”

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində icarəyə götürdüyü anbar yanaraq kül olan “Supertoys” MMC-nin xüsusilə külli miqdarda vergi borcu var.

Hurriyyet.az Pravda.az-a istinadən xəbər verir ki, MMC-nin dövlətə 2 258 224 AZN borcu yaranıb.

Mağazalar şəbəkəsi son illər dövlətə olan borcu ilə gündəmə gəlib.

Qeyd edək ki, nizamnamə kapitalı 10 AZN, qeydiyyat ünvanı Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, ev 16, mənzil 40 olan MMC-nin qanuni təmsilçisi Xəqani Vədud oğlu Cəfərovdur. 2024-cü ildən şirkətin icraçı direktoru 2013-cü ildə Azərbaycanın ən yaxşı natiqi seçilən Səidə Fətullazadədir. Mağazalar şəbəkəsinin saytında 19 filialın olduğu bildirilir. Avqustun 24-də anbarın yanması nəticəsində şirkətə yüz minlərlə manat ziyan dəydiyi bildirilir.

Seçilən
25
5
hurriyyet.az

6Mənbələr