AZ

İngiltərə nəhənginin 70 milyonluq təklifi rədd edildi: Başqa planı var

İtaliyanın “Komo” klubu “Tottenhem”in yarımmüdafiəçi Niko Pas üçün göndərdiyi transfer təklifini qəbul etməyib.

Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu 20 yaşlı argentinalı üçün 70 milyon avro təklif edib, lakin rədd cavabı alıb. Pasın özü “Komo”da qalmaq və gələcəkdə yetirməsi olduğu “Real”a qayıtmaq istəyir.

2024/25 mövsümündə Pas “Komo”nun heyətində 35 oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
16
publika.az

1Mənbələr