AZ

Gözlənilmədən Ukraynaya səfər etdi

Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbayl elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

"Mən Almaniyanın mümkün sülh prosesində Ukraynanı necə ən yaxşı şəkildə dəstəkləyə biləcəyini müzakirə etmək niyyətindəyəm", - o, jurnalistlərə bildirib.

L.Klinqbayl qeyd edib ki, uzunmüddətli sülhün təmin edilməsi üçün etibarlı təhlükəsizlik zəmanətləri lazımdır: "Biz fəaliyyətlərimizi beynəlxalq səviyyədə əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti doğruldacaq".

Səfər çərçivəsində L.Klinqbayl Ukrayna hökumətinin və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti ilə danışıqlar aparacaq.

Seçilən
15
5
bakivaxti.az

6Mənbələr