AZ

"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Bakı. Trend:

Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzindəyenidən yanğın hadisəsi baş verdi. Bu, son 8 ildə sözügedən ticarətmərkəzində onuncu belə hadisə idi. Aydındır ki, bu dəfə dəsahibkarlara xeyili ziyan dəyib. Bəs, yanğına görə sahibkarlaradəymiş ziyanı kim ödəyəcək?

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, inkişaf etmiş ölkələrdə belə yanğınlar baş verənzaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir:

"Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki,belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər.
Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllüsığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədənkompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək”Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakınsığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlaksahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr dəbelə buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksəkriskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazalarısığortalamaqdan imtina edirlər.
Sözsüz, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdırabilməlidirlər. Bu şirkətlər heç bir halda yüksək risk olanəmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlaklarınsığortalanması üçün Fövqəladə Hallar Nazirliyinin istismar iləbağlı müvafiq rəy və sənədinin alınmasına ehtiyac var. Beləsənədlər olmadıqda təbii ki, şığorta şirkətləri, demək olar, hər ilyanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlıolmayacaqlar".

Deputatın sözlərinə görə, bütün bunlar ilə yanaşı, "Sədərək"ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyacvar.

"Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərinöncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həminobyektlərdə texniki təhlükəsizlik qaydalarının tam təmin edilməsinəehtiyac var. Əks halda, sığorta şirkətləri bu riski obyektlər iləişləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlaradəyən ziyan sığorta ilə qarşılanmayacaq.
Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlərdeyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texnikitəhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var.Yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yankeçəcəklər",- deyə millət vəkili əlavə edib.

Seçilən
9
49
az.trend.az

10Mənbələr