AZ

Tramp Ukraynaya 3350 uzaqmənzilli raketin satışını təsdiqlədi…


ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli ERAM raketlərinin satışını təsdiqləyib.

“The Wall Street Journal” yazır ki, təxminən 850 milyon dollar dəyərində olan hərbi yardım paketinə raketlərin özləri və müxtəlif digər avadanlıqlar daxildir, xərclərin böyük hissəsini isə avropalı müttəfiqlər ödəyir.

Mənbələr bildiriblər ki, raketlər altı həftə ərzində Ukrayna ordusuna çatdırılacaq.

Raketlər 241-450 kilometr uçuş məsafəsinə malikdir və onların istifadəsi üçün Pentaqonun icazəsi lazım olacaq.

Xəbərdə vurğulanır ki, satış qərarı Alyaskada Tramp-Putin, Vaşinqtonda Tramp-Zelenski danışıqlarından sonra verilib.

TAHİR

Seçilən
14
baki-xeber.com

1Mənbələr