AZ

Pekin: “ŞƏT genişləndirilə bilər”

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, Çinin Moskvadakı səfiri Çjan Hanhuey Rusiya mətbuatına müsahibəsində belə deyib. “Hazırda daha çox dövlət ŞƏT-ə üzv olmaq və ya onunla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirir. Bu, təşkilat konsepsiyasının dərindən qavranılmasını və onun inkişafına inamı tam təsdiqləyir”, - çinli diplomat bildirib. Səfir vurğulayıb ki, ŞƏT-in genişlənməsi təşkilatın ümumi gücünü və regional təsirini artırsa da, bu, qurumun heç vaxt nəzərdə tutmadığı məqsədin yox, inkişafın təbii nəticəsidir. Onun sözlərinə görə, ŞƏT-in qapıları hər zaman yeni üzvlər üçün açıqdır, ona görə də gələcəkdə təşkilatın üzvlərinin sıraları mütləq genişlənəcək. Maraqlıdır ki, hazırda ciddi-cəhdlə Qərbin nəzrəti altına keçməyə çalışan və buna hətta müəyyən mənada müvəffəq olan Ermənistan da ŞƏT-ə daxil olmaq üçün rəsmi şəkildə müraciət edib. Hazırda ŞƏT öz sıralarında 10 ölkəni – Rusiya, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Hindistan, İran və Pakistanı birləşdirir. Xatırladaq ki, ŞƏT Dövlət Başçıları Şurasının, həmçinin “ŞƏT Plus” geniş formatda görüşü sentyabrın 1-də Çinin Tyantszin şəhərində keçiriləcək. Bundan əlavə, quruma üzv ölkələrin liderləri sentyabrın 3-də Pekində Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində Qələbəsinin ildönümü şərəfinə keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcəklər. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azvision.az

2Mənbələr