AZ

Pekin: “ŞƏT genişləndirilə bilər”

AzVision.az xəbər verir ki, Çinin Moskvadakı səfiri Çjan Hanhuey Rusiya mətbuatına müsahibəsində belə deyib.

“Hazırda daha çox dövlət ŞƏT-ə üzv olmaq və ya onunla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirir. Bu, təşkilat konsepsiyasının dərindən qavranılmasını və onun inkişafına inamı tam təsdiqləyir”,- çinli diplomat bildirib.

Səfir vurğulayıb ki, ŞƏT-in genişlənməsi təşkilatın ümumi gücünü və regional təsirini artırsa da, bu,qurumun heç vaxt nəzərdə tutmadığı məqsədin yox, inkişafın təbii nəticəsidir.

Onun sözlərinə görə, ŞƏT-in qapıları hər zaman yeni üzvlər üçün açıqdır, ona görə də gələcəkdə təşkilatın üzvlərinin sıraları mütləq genişlənəcək.

Maraqlıdır ki, hazırda ciddi-cəhdlə Qərbin nəzrəti altına keçməyə çalışan və buna hətta müəyyən mənada müvəffəq olan Ermənistan da ŞƏT-ə daxil olmaq üçün rəsmi şəkildə müraciət edib.

Hazırda ŞƏT öz sıralarında 10 ölkəni – Rusiya, Çin, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Hindistan, İran və Pakistanı birləşdirir.

Xatırladaq ki, ŞƏT Dövlət Başçıları Şurasının, həmçinin “ŞƏT Plus” geniş formatda görüşü sentyabrın 1-də Çinin Tyantszin şəhərində keçiriləcək. Bundan əlavə, quruma üzv ölkələrin liderləri sentyabrın 3-də Pekində Çin xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində Qələbəsinin ildönümü şərəfinə keçiriləcək təntənəli tədbirlərdə iştirak edəcəklər.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
3
1
azvision.az

2Mənbələr