AZ

Boşandı, konsert qiymətləri 2 dəfə artdı

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Rusiyalı məşhur müğənni Alsu biznesmen həyat yoldaşı Yan Abramovdan ayrıldıqdan sonra konser qonararlarını nəzərdən keçirib. 

News24.az "Super.ru"-ya istinadən xəbər verir ki, bundan öncə müğənnini korporativ tədbirə və ya şəxsi məclisə dəvət etmək 2 milyon rubla başa gəlirdisə, indi bu məbləğ 5 milyon rubla qədər artıb.

Alsunun rayderində yeni tələblər meydana çıxıb. Təşkilatçılar biznes-sinif aviabilet, təcrübəli kişi sürücüsü olan "Mercedes-Maybach" markalı avtomobil, həmçinin müğənni üçün lüks otel nömrəsi təmin etməlidirlər. Bu nömrənin yanında onun mühafizəçisi üçün ayrıca otaq da bron olunmalıdır.

Müğənninin sözlərinə görə, hazırda ona çoxlu təkliflər gəlir və o, müxtəlif sahələrdə özünü sınayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
news24.az

3Mənbələr