AZ

Bakıda tozlu hava

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
49
ayna.az

10Mənbələr