AZ

Almaniya sosial dövlət statusunu itirə bilər

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az Almaiynanın “DPA” agentliyinə istinadən xəbər verir ki, ölkənin kansleri Fridrix Merts belə deyib. “Rifah dövləti indiki formada artıq maliyyələşdirilə bilməz, çünki ölkə iqtisadiyyatının vəziyyəti buna imkan vermir. Almaniyada mövcud sosial dövlət modeli maliyyə cəhətdən dayanıqlı deyil”, - Fridrix Merts hakim Xristian-Demokratik İttifaqının (XDİ) Osnabryukda keçirilən konfransında vurğulayıb. Belə reallıq fonunda kansler bu il böyük vəsaitlər ayrılmış müavinət sisteminə yenidən baxmağa çağırıb. Merts diqqətə çatdırıb ki, bu il nəzərdə tutulmuş sosial xərclərin məbləği hətta 2024-cü ildə rekord həddində olmuş müavinətlərdən də çoxdur. Hələ iyulun 21-də Rusiya-Almaniya Ticarət Palatasının üzvü, “Bavaria-Bau” tikinti şirkətinin rəhbəri Valdemar Eberhardt Moskva ilə əlaqələri kəsdikdən sonra Almaiya biznesinin itkilərə məruz qaldığını açıqlamışdı. Ondan daha əvvəl isə, Almaniyanın ən böyük “Allianz” sığorta şirkətinin rəhbəri Oliver Bete sosial təminat sistemindəki problemlər səbəbindən Almaniyanın yenidən “Avropanın xəstə adamı”na çevrilə biləcəyindən narahatlığını ifadə etmişdi. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azvision.az

2Mənbələr