Qazaxıstanın İ. Jahaev adına düyüçilik elmi-tədqiqat institutu Qızılorda vilayətində yeni düyü sortunun sınaqlarını aparır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Su Ehtiyatları və Suvarma Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, institut mütəxəssisləri tərəfindən yetişdirilən “Sır Suluu” sortu daha az müddətdə yetişir və bununla da daha az su tələb edir.
"Sınaqların nəticələri göstərir ki, yeni düyü sortu 105–110 günə yetişir, yüksək məhsuldarlığa malikdir və yerli iqlimə və torpağa tam uyğunlaşıb. Bütün aqrotexniki tədbirlər düzgün yerinə yetirildiyi halda, bu sort hektardan 80–85 sentner məhsul verə bilir", - institutdan bildirilib.