AZ

Londonun Notting-Hill karnavalında ilk gündə 140 həbs

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Notting-Hillkarnavalının ilk günü 140 nəfər həbs olunub. Bu göstərici ötən illəmüqayisədə 40% çoxdur.

Trend xəbər verirki, məlumatı “Daily Mail” yayıb.

Qanun pozuntuları arasında polis əməkdaşlarına hücumlar, silahvə narkotik vasitələrin saxlanması, həmçinin cinsi xarakterlicinayətlər yer alıb.

Polis idarəsinin açıqlamasında bildirilib:
“Biz insidentlərin sayında artım qeydə alırıq, lakin təhlükəsizliyitəmin etmək üçün bütün mümkün tədbirləri görməyə davamedəcəyik.”

Məlumata görə, həbs edilənlərdən 15 nəfər polis əməkdaşlarınahücumda ittiham olunur. Əlindən xəsarət alan bir zabit isəxəstəxanaya yerləşdirilib.

Seçilən
37
az.trend.az

1Mənbələr