AZ

Zelenskinin "Müstəqillik Günü" mesajı

Zelenskinin

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 34-cü Müstəqillik Günü münasibətilə sosial şəbəkədə videomüraciət paylaşıb. Paytaxt Kiyevdəki Müstəqillik Meydanında çıxış edən Zelenski Ukraynanın müstəqillik uğrunda mübarizəsindən danışıb.

“Təhlükəsizlik və sülh içində yaşayacaq qədər güclü” Ukrayna quracaqlarını vurğulayan Zelenski, “Övladlarımız və nəvələrimiz Müstəqillik Gününü burada, Müstəqillik Meydanımızda, bayraqlarımız altında və torpaqlarımızda qeyd edəcəklər” deyib.

Ukraynanın bütün dünya üçün güclü bir müttəfiq olduğunu bildirən Zelenski, “Ukrayna qurban deyil, savaşçıdır” deyə vurğulayıb.

Seçilən
7
1
xalqcebhesi.az

2Mənbələr