AZ

BMT Qəzzadakı vəziyyəti “fəlakətli” adlandırıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 avqust, AZƏRTAC

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏT) icraçı direktoru Sindi Makkeyn Qəzza zolağındakı ərzaq vəziyyətini “fəlakətli” adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sindi Makkeyn Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.

"Vəziyyət fəlakətlidir. Orada çox ciddi qida çatışmazlığı problemi var, insanlar aclıqdan ölür", - deyə o vurğulayıb.

Makkeyn qeyd edib ki, ÜƏP Qəzzanın ehtiyacı olan ərzaqları təmin etməyə qadir olan ən böyük və yeganə təşkilatdır, lakin humanitar səylər İsrailin hərbi əməliyyatları ilə əngəllənir.

Xatırladaq ki, bu ilin martın 2-dən etibarən Qəzza zolağına beynəlxalq humanitar təşkilatlar və BMT agentliklərindən yardım dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
4
azertag.az

5Mənbələr