AZ

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 25-də Finlandiyada Avropa və ABŞ qoşunlarının iştirak etdiyi beynəlxalq xüsusi təyinatlıların təlimi başlayır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sentyabrın 12-dək davam edəcək təlimlərdə təxminən 1600 hərbçi iştirak edəcək.

Təlimlərdə Şimali Avropa şəraitində NATO xüsusi təyinatlılarının birgə əməliyyat imkanları yoxlanılacaq.

Qeyd olunur ki, təlimlərə Avropa ölkələri və ABŞ silahlı qüvvələrinin NH90 nəqliyyat helikopterləri, F/A-18 Hornet qırıcıları cəlb olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
azertag.az

4Mənbələr