AZ

Çinli qızın başından 15 santimetrlik bıçaq çıxarıldı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çində həkimlər qızın başından 15 santimetrlik bıçaq çıxarıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Anasının sözlərinə görə, o, yataq dəstini dəyişərkən təsadüfən döşəküzünü yelləyib və nəticədə yaxınlıqdakı 15 santimetrlik bıçaq uçaraq qızın başına sancılıb.

Lakin xəstəxana işçilərindən biri ananın öz qızını qorxutmaq üçün bıçağı götürdüyünü və sonradan təsadüfən qızın başına vurduğunu iddia edib.

Polis hadisəni rəsmi olaraq ehtiyatsızlıq kimi təsnif edib, cinayət niyyətinin olmadığını təsdiqləyib.

Bıçaq uşağın kəllə sümüyünün yumşaqlığı səbəbindən ona ölümcül zərər verməyib. Tibb heyəti bıçağı uğurla çıxarıb. Hazırda qızın xəstəxanadakı vəziyyəti stabildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
oxu.az

1Mənbələr