AZ

İsraildə 2200 yaşlı nadir qızıl sikkə aşkarlandı

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İsrailin Qədim Əsərlər İdarəsinin arxeoloqları Qüdsdə apardıqları qazıntılar zamanı üzərində Ellinistik Misir kralı III Ptolemeyin arvadı olan Kraliça II Berenisin təsviri olan olduqca nadir qızıl sikkə aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Interesting Engineering" yazır.

Məlumata görə, indiyədək cəmi 20 oxşar sikkə tapılıb.

Bu, Misirdən kənarda tapılan ilk belə qızıl sikkədir və onun təxminən 2200 il yaşı var.

Maraqlıdır ki, sikkədə kraliça II Berenis Misir kralının həyat yoldaşı kimi deyil, ölkənin yeganə hökmdarı kimi təsvir olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
oxu.az

2Mənbələr