AZ

Makrona məktub yazan ABŞ səfiri Fransa XİN-ə çağırılıb

ABŞ səfiri Çarlz Kuşner antisemitizmlə effektiv mübarizə aparmayan Fransa hakimiyyətini tənqid etdikdən sonra bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report”un xəbərinə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yayılan kommünikesində deyilir.

Qeyd olunub ki, Fransa ABŞ səfiri Çarlz Kuşnerin ittihamlarını qətiyyətlə rədd edib və onun açıqlamalarını qəbuledilməz adlandırıb:

“Onlar beynəlxalq hüquq normalarına, xüsusən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasında təsbit edilmiş dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyinə ziddir”.

Qeyd edək ki, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner Fransa prezidenti Emmanuel Makrona məktub yazaraq, onu ölkəsində antisemitizmlə mübarizədə kifayət qədər fəaliyyət göstərmədiyinə görə qınayıb.

Seçilən
20
7
report.az

10Mənbələr