AZ

Urmiya gölü yayın sonuna tamamən quruyacaq Xəbərdarlıq

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Mən bu gün səhər keçirdiyimiz iclasda hesabat verdim və məlum oldu ki, Urmiya gölünün hazırkı səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyun həcmi isə təxminən yarım milyard kubmetrdir.

Axar.az xəbər verir ki, bunu İranın Ətraf Mühit Təşkilatının dəniz və bataqlıqlar üzrə direktor müavini Əhmədrza Lahicanzadə bu barədə danışıb.

“İyul, Avqust və Sentyabr aylarında buxarlanmanın intensivliyini və ölkə üzrə yüksək temperaturu nəzərə alsaq, buxarlanmanın bu intensivliyi və gölün səthinə daxil olan suyun olmaması onu göstərir ki, biz çox güman ki, bu yayın sonuna kimi gölün tamamilə qurumasının şahidi olacağıq.

Gölü xilas etmək üçün indi görülməli olan iş payız əkini üçün kənd təsərrüfatı bitkilərinin növünün müzakirəsinə başlamaq, fermerlərin su payını müəyyən etmək və gölə daxil olan suyun miqdarını nəzərdən keçirməkdir"-, deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
4
axar.az

5Mənbələr