AZ

Türkiyənin bu bölgəsində zəlzələ səngimir 16 dəqiqə içində 3 güclü təkan olub

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Balıkəsir şəhərinin əhalisi son 12 gündə zəlzələ qorxusu altında yaşayır. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avqustun 24-də Bakı vaxtilə saat 22.58-dən saat 23.14-dək Balıkəsirin Sındırgı rayonunda ard-arda 4,8, 4,2 və 4,3 bal gücündə zəlzələlər baş verib.

AFAD-nın məlumatına görə, yeralt təkanlarda ölüm və yaralananlar olmayıb.

Xatırladaq ki, avqustun 13-də bu rayonda baş verən zələzlə zamanı 1 nəfər ölüb, 29 nəfər xəsarət almışdı.

Firudin Səfərli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
2
mia.az

3Mənbələr