Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Teleqramın həmtəsisçisi Pavel Durov bir il əvvəl baş vermiş həbsini Fransa polisinin səhvi adlandırıb.
Axar.az xəbər verir ki, Durov bu barədə Teleqram kanalında yazıb.
“İroniya odur ki, mən Fransa polisinin öz səhvi ucbatından həbs olundum: 2024-cü ilin avqust ayına qədər onlar Fransa və AB qanunlarına məhəl qoymadılar və tələb olunan hüquqi prosedur vasitəsilə Teleqrama sorğu göndərmədilər”, - o yazıb.
Durov vurğulayıb ki, bir il sonra ona qarşı aparılan istintaq Durov və Teleqramın təqsirini üzə çıxara bilməyib.
"Bizim moderasiya təcrübələrimiz sənaye standartlarına uyğundur və Teleqram həmişə Fransadan gələn bütün qanuni tələblərə cavab verib".
Durovun sözlərinə görə, həbsi Fransanın azad ölkə imicinə xələl gətirdi.
Xatırladaq ki, ötən ilin 24 avqustunda Durov Parisin Le-Burje hava limanında saxlanılmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.