AZ

“Sabah”dan qələbə, “Turan Tovuz” uduzdu YENİLƏNİB

ain.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, bu gün artıq bir matç baş tutub. “Sabah” səfərdə  “Şamaxı”nı məğlub edib – 2:1.

Günün ikinci görüşündə isə “Turan Tovuz” və “Araz-Naxçıvan” üz-üzə gəlib. Görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz klubu ilk turda səfərdə “İmişli”yə qalib gəlib (1:0). Naxçıvan təmsilçisi isə “Zirə” ilə xalları yarı bölüb (1:1). Bu görüşün start fiti 19:30-da səslənib. 

24 avqust (bazar)

19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan” – 1:2

Qollar: Şarl Boli, 38 (0:1), Ba-Muaka Simakala, 53 (0:2), Alexandro Serrano, 78 – pen. (1:2)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

“Azersun Arena”

Misli Premyer Liqası

2-ci tur

24 avqust

17:00 “Şamaxı” – “Sabah” 1:2

Qollar: Coy-Lens Mikels, 1 (0:1), Dioqo Balau, 59 (1:1), Coy-Lens Mikels, 76 (1:2)

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.

Şamaxı şəhər stadionu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
5
idmanxeber.az

10Mənbələr