AZ

İsrail husilərin Sənadakı hərbi obyektlərinə zərbələr endirib, ÖLƏN VAR

İsrail Yəmənin paytaxtı Səna bölgəsində husilərin hərbi obyektlərinə, o cümlədən prezident sarayı kompleksinə, Asar və Hizaz elektrik stansiyalarına və yanacaq anbarına zərbələr endirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zərbə endirilən obyektlərin hamısı husi terrorçu rejiminin hərbi fəaliyyətləri üçün istifadə edilib.

"Al Masirah" bildirib ki, hücum nəticəsində ən azı 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Seçilən
129
30
news365.az

10Mənbələr