AZ

Zelenski Kelloqu ordenlə təltif edib

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna lideri ABŞ Prezidentinin müşavirini 1-ci dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu 1-ci dərəcəli “Xidmətlərə görə” ordeni ilə təltif edib.

AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna mətbuatı Kiyevdə keçirilən Müstəqillik Günü şənliyinin yayımına istinadən məlumat yayıb.

1-ci dərəcəli "Xidmətə görə" ordeni İsveçin müdafiə naziri Pol Consona da verilib.

Qeyd edək ki, Müstəqillik Günü qeyd etmələrində iştirak etmək üçün avqustun 24-də Kiyevə İsveç, Danimarka, Rumıniya, Litva, Latviya, Kanadanın müdafiə nazirləri və Böyük Britaniyanın veteranlarla iş üzrə naziri də gəlib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
ayna.az

1Mənbələr