AZ

Qobustanda pirə ziyarətə gedən iki qardaş və əmiləri Pirsaat çayında batıblar ADLAR

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Pirsaat çayında 3 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar rayonun Ərəbqədim kənd sakinləri - 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüdlü Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlıdır.

Pirə ziyarətə gediblərmiş. E.Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
12
oxu.az

10Mənbələr