AZ

Putin 4 gün ölkədə OLMAYACAQ

Rusiya Prezidenti Vladimir Putin gələn həftə R genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək. 

“Cebheinfo.az” TASS-a istinadən xəbər verir ki,  jurnalist Pavel Zarubin dövlət başçısının planları barədə məlumat verib.

Tyantszin ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək. ŞƏT-in illik sammiti beşinci dəfə Çində təşkil olunur.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, sammit çərçivəsində Sədr Si Cinpin liderlər üçün rəsmi nahar verəcək və iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan də dəvətlə sammitdə iştirak edəcəklər.

Seçilən
13
2
cebheinfo.az

3Mənbələr