AZ

İsraildən QİSAS ƏMƏLİYYATI

Husilərin cümə günü İsrailə kasset bombası ilə ballistik raket atmasından sonra İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtını vurub.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, bir neçə dəqiqə əvvəl Sənada, o cümlədən prezident sarayının ərazisində 20-yə yaxın partlayış səsi eşidilib.

Baş nazir Benyamin Netanyahu, müdafiə naziri İsrael Katz və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Təl-Əvivdəki hərbi qərargahdakı IAF komanda mərkəzindən zərbəni izləyib.

Mövcud məlumata görə, Sənada zərbələr prezident sarayının yaxınlığındakı hərbi obyekt, yanacaq anbarı və iki elektrik stansiyasını hədəf alıb.

İsrailin "Ynet" nəşrinin xəbərinə görə, hücumlardan biri tüstülərin yüksəldiyi neft anbarını hədəf alıb.

"Reuters" hadisə şahidlərinə istinadla yazıb ki, bəzi hücumlar raket bazaları və həmçinin prezident sarayının yaxınlığında olub.

Seçilən
60
publika.az

1Mənbələr