Kanada və Ukrayna Kiyevdə hərbi məhsulların birgə istehsalı haqqında saziş imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, saziş bu gün imzalanıb: "Ukrayna və Kanada müdafiə təyinatlı məmulatların birgə istehsalı haqqında razılığa gəliblər. Saziş ikitərəfli müdafiə-sənaye əməkdaşlığının dərinləşdirilməsi, Ukrayna və Kanadada yeni istehsal güclərinin genişləndirilməsi və yaradılması məqsədi daşıyır”.
Şmıqal deyib ki, əldə edilmiş razılaşmalar texnologiya mübadiləsini asanlaşdıracaq və Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli perspektivdə müasir silah və hərbi texnika ilə təmin olunmasına kömək edəcək.