AZ

ABŞ-dan QƏFİL QƏRAR

ABŞ İraqdakı Ayn əl-Əsəd və Viktoriya bazalarından qoşunlarını "qəfildən" çıxarmaq və bu ölkədən qüvvələrin çıxarılmasını sürətləndirmək qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə "Sky News Arabia" mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Amerika qoşunları öz şəxsi heyətini Ərbildəki hərbi bazaya və qonşu ərəb ölkəsinə köçürməyə başlayır.

"Amerikalılar iraqlı həmkarlarına qoşunların çıxarılması prosesini sürətləndirəcəklərini və iki ölkə arasında çərçivə sazişində göstərilən cədvələ əməl etməyəcəklərini bildiriblər", - telekanalın mənbəsi bildirib.

2024-cü ilin sentyabrında ABŞ İraqdakı beynəlxalq missiyasının başa çatdığını və qoşunların çıxarılmasını elan edib.

Seçilən
90
12
publika.az

10Mənbələr