Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Ölkəmizin ərazi baxımdan böyük və olduqca mürəkkəb coğrafi relyefə malik olan Laçın rayonu uzun müddət düşmən işğalında qalmasına baxmayaraq həyata keçirilən diplomatik və hərbi əməliyyatların yekunu kimi 1 güllə atılmadan düşməndən geri alındı. Bu həm müasir hərb tarixində həm də diplomatiya tarixində mühüm hadisədir. Bununla da Azərbaycan dövləti yeni hərbi siyasi reallıq yaratdı.
Laçın işğaldan azad olunandan sonra bu rayonda geniş miqyaslı işlər həyata keçirilir. Baş plana uyğun olaraq görülən işlərin fonunda Laçında Beynılxalq Hava Limanı fəaliyyətə başlayıb ki, bu da Laçınla yanaşı digər rayonların da inkişafına öz müsbət təsirini göstərir.
Qeyd edək ki, Həkəri çayının imkanlarından istifadə etməklə laçınlıların və bura təşrif buyuran vətəndaşların asudə avxtlarının səmərəli təşkili üçün çaykənarı bulvarın yaradılması Laçının simasını dəyişəcək.
İqtisadi baxımdan bir sıra özəlliklərə malik olan Laçında istehsalat, xidmət, təhsil və səhiyyə müəssisələrinin fəaliyyətə başlaması orada olan vətəndaşların sosial və digər təminatlarının ödənilməsində mühüm faktor kimi qeyd olunmalıdır. Araşdırmalar göstərir ki, Laçında əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına uyğun olaraq digət işğaldan azad olunan ərazilər kimi Laçına da böyük köç karvanları həyata keçirilir. Laçınlılar öz doğma ata-baba yurdunda rahat yaşamaqla yanaşı onların sosial problemləri ən yüksək səviyyədə öz həllini tapır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Laçın bu gün öz intibah dövrünü yaşayır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının sədrinin əməkdaşı