ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
"Məlum olduğu kimi, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunub. Müsabiqədə iştirak etmiş hər bir abituriyent DİM-in internet saytına daxil olaraq müsabiqənin nəticəsi ilə ətraflı tanış olmaq imkanına malikdir. Bununla yanaşı, müsabiqə nəticəsinə dair arayışda qeyd olunmuş ballar barədə bir sıra abituriyentlər tərəfindən Mərkəzə müxtəlif suallar daxil olur. Daha çox daxil olan sualı və müvafiq izahı təqdim edirik".
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
✅️ Birinci şəkil
“Mən qəbul imtahanında 150-dən artıq bal toplamışam. 10-cu yerdə qeyd etdiyim ixtisasın keçid balı 150 göstərilir. Bəs mən həmin ixtisasa niyə qəbul olmamışam?”
Sizin 10-cu yerdə qeyd etdiyiniz ixtisasa qəbul yalnız dövlət sifarişi əsasında aparılır. 4 nömrəli “Abituriyent” jurnalında dərc olunmuş “Dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu” adlı cədvəldə göstərilən dövlət sifarişli yerlər cədvəlin müvafiq sətrində göstərilən təhsil müəssisələrinin hamısına aiddir. Hər hansı bir ixtisas üzrə dövlət sifarişli yerlərin hansı təhsil müəssisələri arasında və hansı nisbətdə paylanacağı əvvəlcədən bilinmir və yalnız abituriyentlərin seçimlərindən asılı olaraq, müsabiqə nəticəsində formalaşır. Sizin qeyd etdiyiniz ixtisas üzrə dövlət sifarişi əsasında olan yerlər digər ali təhsil müəssisələrinin hesabına dolmuşdur. Seçdiyiniz təhsil müəssisəsi üzrə dövlət sifarişi əsasında yer qalmadığına görə həmin ixtisasa yerləşdirmə aparmaq mümkün olmamışdır. Ona görə də bu ixtisasın qarşısında keçid balı əvəzinə müsabiqə şərti, yəni müsabiqədə iştirak üçün tələb olunan minimal bal göstərilmişdir.
Daha bir oxşar müraciətə nəzər yetirək.
✅️ İkinci şəkil
“Mən müsabiqəyə 454 balla qatılmışam. 6-cı yerdə qeyd etdiyim ixtisasa niyə qəbul ola bilməmişəm?”
Siz 6-cı yerdə seçdiyiniz ixtisasa dövlət sifarişi əsasında qəbul olmaq istədiyinizi qeyd etmisiniz. Həmin ixtisas üzrə də dövlət sifarişi əsasında olan yerlər digər ali təhsil müəssisələrinin hesabına dolmuşdur. Seçdiyiniz təhsil müəssisəsi üzrə dövlət sifarişi əsasında yer qalmadığına görə həmin ixtisasa yerləşdirmə aparmaq mümkün olmamışdır. Ona görə də bu ixtisasın da qarşısında keçid balı əvəzinə müsabiqə şərti göstərilmişdir. Həmin ixtisas üzrə subbakalavrlar da müsabiqədə iştirak edə bildiyi üçün orada müsabiqədə ən aşağı nəticə ilə iştirak edə biləcək subbakalavrın ÜOMG-si qeyd olunub.
Xəzər
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.