AZ

Şokoladlı-fındıqlı yüngül peçenye – "günahsız zövq"

Şokoladlı-fındıqlı

Fındıqlı-peçenye – un və yağ istifadə olunmadan hazırlanan yüngül və havalı şirniyyatdır. Zərif yumurta ağı əsası ilə qovrulmuş qoz-fındıq və şokoladın xırtıltısı birləşərək mükəmməl dad balansı yaradır. Bu peçenye həm çay süfrəsinə, həm də günün ortasında günahsız qəlyanaltı kimi əla seçimdir.🔻 İNGREDİYENTLƏRYumurta ağı – 2 ədədŞəkər pudrası – 150 qDuz – bir çimdikQoz-fındıq (istəyə görə badam, fıstıq da olar) – 150 qŞokolad – 50 q🔻 HAZIRLANMA QAYDASIYumurta ağlarının çırpılması: 2 yumurta ağını bir çimdik duzla mikserlə çalın. Köpüklənməyə başlayanda şəkər pudrasını hissə-hissə əlavə edin. Kütlə sıx və parlaq olmalıdır.Qoz və şokolad: Qoz-fındığı tavada azca qovurun, sonra bıçaqla və ya blenderdə doğrayın. Şokoladı da xırda doğrayın.Qarışdırmaq: Qoz-şokolad qarışığını ehtiyatla yumurta kütləsinə əlavə edin.Formalaşdırmaq: Qaşıqla qarışımı soba kağızı sərilmiş listə qoyun.Bișirmək: 150°C-də 20–30 dəqiqə bişirin.Peçenye çöldən xırtıldayan, içəridən yumşaq alınır. Qozun aroması və şokoladın zərifliyi ilə xüsusi dad yaradır. Soyuyandan sonra çay və ya qəhvə ilə servis edin.Ulusum.az

Diqqət Çəkənlər

Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır

Abituriyentlər və valideynlərə önəmli ÇAĞIRIŞ

ABŞ və Ukrayna arasında diplomatik təmaslar güclənir

Seçilən
25
ulusum.az

1Mənbələr